02.06.2016

Ucar şəhər 1nömrəli körpələr evi-uşaq bağçasında “Əlvida  bağça”adlı əyləncəli tədbir keçirilib

Ucar şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında “Əlvida bağça” adlı əyləncəli tədbir keçirilmişdir.Tədbirdə bağçanın pedaqoji kollektivi,valideynlər və qonaqlar iştirak etmişdirlər. Tədbiri bağçanın müdiri Günay Qədirova açmışdır.O, çıxışında altı il bağçada təlim-tərbiyə alan uşaqların qazandıqları uğurlardan, onlara göstərilən qayğıdan və gələcəkdə bilik və bacarıqlardan necə istifadə edəcəklərindən söz açdı, məktəbəhazırlıq qrup tərbiyəçiləri Vüsalə müəllimə və Məlahət müəllimənin gərgin pedaqoji fəaliyyətlərlərini,  tərbiyəçilərlə bahəm uşaqların maddi və mənəvi qayğısını çəkən,onların sağlamlığı keşiyində duran digər işçilərin də məhsuldar fəaliyyətlərini qeyd etdi.

            Tədbir məktəbəhazırlıq qruplarının xorunun ifasında Oktay Zülfüqarovun “Məktəbə yazdırsana” mahnısı ilə başladı.Sonra Fidanın ifasında “Biz kimik” şeiri səsləndi.Daha sonra xorun ifasında“Heydər xalqım deyəcək”mahnısı səsləndi.Əli “Azərbaycan əsgəri” şeirini söylədi və digər kompozisiyalar nümayiş etdirlidi.Tədbirin sonunda bağçanın metodisti Lətafət müəllimə,musiqi müəllimləri Şəlalə və Aynur, tibb bacısı Xalidə xanım da  körpələri təbrik etdilər.

 


Açar sözlər: