04.05.2016

 “Gələcək nəsillərlə üz-üzə” VI ümumrespublika inşa müsabiqəsinin qalibi müəyyənləşib

Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi və Azərbaycan Futuroloqlar Cəmiyyəti tərəfindən imzalanmış əsasnaməyə əsasən 15 oktyabr 2015 il-15 yanvar 2016 – cı il tarixlərində “Gələcək nəsillərlə üz-üzə” VI ümumrespublika inşa müsabiqəsi  keçirilmişdir.

9-11 -ci sinif şagirdləri və ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri arasında keçirilən bu inşa müsabiqəsinin əsas məqsədi qloballaşma şəraitində inkişaf edən Azərbaycan gənclərinin dünyada baş verən müxtəlif proseslərin bir-bir ilə əlaqəli olduğunun və bunun özlərinin gələcəyinə təsir edəcəyini başa düşməsi, qlobal dəyişiklilərdən irəli gələn tələblərə uyğunlaşmaqla sağlam və münaqişəsiz gələcəyin qorunub saxlanması və daha da yaxşılaşdırılması üçün gənclərin müvafiq tərzdə tərbiyə edilməsi olmuşdur.

Ucar şəhər 1 №-li texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin X sinif şagirdi Əhmədova Lamiyə Ramazan qızının “Dünya və münaqişə” mövzusunda yazdığı yazı işi  müsabiqədə  II yerə layiq  görülmüşdür.

 


Açar sözlər: ,