07.04.2016

Rus  dili olimpiadası keçirilib

Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (“Rossotrudnichestvo”) Azərbaycan nümayəndəliyi 2016-cı ilin fevral-may aylarında Bakı şəhərində, habelə bölgələrdə VIII Respublika rus dili və ədəbiyyatı olimpiadasını keçirməyi planlaşdırmışdır.

Bununla əlaqədar Ucar Rayon Təhsil Şöbəsinin müdirinin  24.02.2016-cı il tarixli 23 №-li əmrinə əsasən rayonun ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri üçün aprelin 6–da Ucar şəhər  4 №-li tam orta məktəbdə olimpiadanın  I rayon  mərhələsi keçirilmişdir.

Olimpiadanın I rayon mərhələsində 43 şagird iştirak etmiş, onlardan 8 nəfəri II zona mərhələsinə  vəsiqə qazanmışdır.


Açar sözlər: ,  ,