26.04.2016

Hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib

Aprel ayının 2-dən erməni silahlı qüvvələrinin yenidən fəallaşması, cəbhəyanı yaşayış məntəqələrimizə, mülki əhaliyə qarşı törətdiyi təxribatların qarşısının Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınması barədə məlumat  vermək, əbədi və əzəli yurd yerlərimizin azad edilməsi uğrunda şəhid olmuş vətən oğullarının  əziz xatirəsini yad etmək və gənclərimizdə gələcəyə inam, vətənpərvərlik hissinin yüksəldilməsi məqsədi ilə aprelin 25-də Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəbdə Qarabağ veteranları və valideynlərin iştirakı ilə geniş tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan edildikdən  sonra  məktəbin direktoru Vüqar Məlikov qonaqları və tədbir iştirakçılarını salamlayaraq aprel ayının əvvəllərində Qarabağda baş verən hadisələr haqqında  məlumat verdi,  döyüşlərdə qəhrəmancasına  həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad  olundu.

         Tədbirdə veteranlar da çıxış edərək son günlərdə cəbhəyanı bölgələrdə vəziyyətin gərginləşməsi və düşmənə layiqli cavab verən Azərbaycan ordusunun rəşadəti barədə məlumat verdilər, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar dinlənildi.

Məktəbin IXb sinif şagirdləri Bədəlova Məleykə və Fərəcova Gülnigar II Dünya müharibəsi illərində öz şərəfli döyüş yolunun başlanğıcını Ucar torpağından götürmüş 416-cı Taqanroq diviziyası haqqında məlumat verərək erməni təcavüzkarlarına qarşı döyüşlərdə igidlik göstərmiş Azərbaycanın oğul və qızlarını o dövrün qəhrəmanları  ilə müqayisə etdilər.

 


Açar sözlər: ,