06.06.2016

Ceyhun Hacibəylinin anadan olmasının 125 illiyi qeyd olunub

 6 iyun 2016-ci il tarixdə Ucar şəhər 2 nömrəli tam orta məktəbdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş “Ceyhun Hacıbəyli yaradıcılığı müasir gəncliyin gözü ilə ” mövzusunda dəyirmi masa keçirilimşdir.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Y.Məmmədova qeyd etdi ki, yetişən gənclik Ceyhun Hacıbəyli, həmçinin mühacir həyatı yaşamış digər görkəmli şəxsiyyətlərimizin  həyat və fəaliyyətləri barədə tarixi həqiqətləri bilməlidirlər.

Sonra məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Z.Məmmədova Ceyhun Hacıbəylinin bədii yaradıcılığı, mühacir həyatı, eyni zamanda Azərbaycan mətbuatında mövqeyi barədə geniş məlumat verdi. Mövzu ətrafında diskussiyalar aparılmış, maraqlı fikir və mülahizələr dinlənildi.

Tədbirdə Ceyhun Hacıbəyliyə həsr olunmuş video çarx nümayiş olundu.

 


Açar sözlər: