08.06.2016

VIII Respublika rus dili və ədəbiyyatı olimpiadasının qalibləri mukafatlandırılıb

VIII Respublika rus dili və ədəbiyyatı olimpiadasında yüksək nəticələr göstərmiş məktəblilərin mükafatlandırılması mərasimi 06 iyun 2016-cı il tarixində Bakı Slavyan Universitetinin akt zalında keçirilmişdir. Qaliblərin mukafatlandırılmasında Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramov, Rusiya Federasiyasının Azərbaycandakı səfirinin müşaviri Valentin Denisov, xalq yazıçısı Çingiz Abdullayev də iştirak etmişdir.Olimpiadada Ucar şəhər 2 №-li tam orta məktəbin 7-ci sinif şagirdi İsmayılzadə Fatimə Ramil qızı II yerə layiq görülmüş,diplom və hədiyyələrlə mukafatlandırılmışdır.

Həmçinin Ucar şəhər N.Gəncəvi adına 3№-li tam orta məktəbdə olimpiadanın zona mərhələsini yüksək səviyyədə təşkil edildiyi üçün məktəbin direktoru Məlikov Vüqar Sədiyar oğlu təşəkkürnamə və hədiyyələrlə mukafatlandırılmışdır.

      


Açar sözlər: