10.06.2016

Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi  münasibəti ilə tədbir keçirilib

9 iyun 2016-cı il tarixdə Ucar rayonu Qarabörk kənd tam orta məktəbində ölməz şairimiz Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş “Demə Səməd Vurğun gəldi, gedərdi,unutmaz  bu oba, bu mahal məni” adlı ədəbi-bədii gecə keçirilmişdir.Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, məktəbin şagird-müəllim kollektivi və digər qonaqlar iştirak etmişlər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Ağaisa Həsənov açdı. O, şairin yaradıcılığından, onun Azərbaycan  ədəbiyyatına verdiyi töhfələrdən danışmış, şairin həyat və yaradıcılığının müəyyən dövrlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Məktəblilərin ifasında şairin “Azərbaycan”, “Mən tələsmirəm”, “Ceyran”, Şair, nə tez qocaldın, sən?”, “Çinarın şikayəti” adlı şeirləri səsləndirilmiş, “Vaqif”, “Fərhad və Şirin” dramlarından  səhnələşdirilmiş parçalar nümayiş etdirilmiş, şeirlərinə bəstələnmiş mahnılar ifa olunmuşdur. Vaqif rolunu ifa edən 8-ci sinif şagirdi Əliyev Əlimövsüm, Məryəm rolunun ifaçısı 10-cu sinif şagirdi Məmmədova Aynur, Şirin rolunun ifaçısı 8-ci sinif şagirdi Babayeva Məlahət xüsusilə fərqlənmişlər.

Sonra ümummilli lider Heydər Əliyevin unudulmaz şairimiz Səməd Vurğun haqqında söylədiyi dəyərli fikirləri həkk olunmuş videolent göstərildi.

Tədbirin təşkilatçısı, məktəbin direktor müavini Məkkə Mehdiyeva yekun olaraq şairin həyatından maraqlı faktlardan, sosial mediada onun dahiliyinə şübhə yaratmaq istəyən şər qüvvələrin fəaliyyətindən danışaraq dedi: - Nə qədər Azərbaycan var, o qədər də Səməd Vurğun var olacaq, yaşayacaqdır.

 


Açar sözlər: