13.06.2016

 Ucar rayon Qazıqumlaq kənd  Sadıq Salahov adına 1 nömrəli tam orta məktəbdə “15 iyun-Azərbaycanın Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

13 iyun 2016-cı il tarixində Ucar rayon Qazıqumlaq kənd Sadıq Salahov adına 1 nömrəli tam orta məktəbdə “15 iyun-Azərbaycanın Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Qazıqumlaq kəndində yerləşən heykəlini ziyarət edərək önünə gül-çiçək dəstələri qoydular. Sonra məktəbin iclas zalında keçirilən tədbiri məktəbin drektoru Rəhim Rəhimov açaraq 1992-93-cü illərdə baş vermiş siyasi hadisələrdən, o dövrdə Azərbaycanın müstəqilliyinin təhlükə altına düşməsindən danışdı. Rəhim müəllim Heydər Əliyevin təhsilimizə göstərdiyi qayğı barədə də şagirdlərə məlumat verdi. Məktəbin ədəbiyyat müəllimi, eyni zamanda yaşlı nəslin nümayəndəsi,“Tərəqqi” medallı  Rafiq müəllim çıxış edərək o günləri öz gözləri ilə görmüş bir təcrübəli vətəndaş kimi gənc nəsli məlumatlandıraraq Heydər Əliyev siyasəti ətrafında sıx birləşməyin Vətənimiz üçün əvəzolunmaz bir güc qaynağı olmasından danışdı.Çıxışlardan sonra şagirdlərin ifasında mahnılar,şeirlər dinlənildi.Tədbirin sonunda Heydər Əliyev haqqında videoçarx nümayiş etdirildi. 


Açar sözlər: