13.06.2016

Ucar şəhər 5 nömrəli tam orta məktəbdə“Sağlam və vətənpərvər gənclər naminə - yeniyetmə və gənclərin sağlamlığı” mövzusunda tədbir keçirilib

10 iyun 2016-cı il tarixdə Ucar şəhər 5 nömrəli tam orta məktəbdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin iştirakı ilə “Sağlam və vətənpərvər gənclər naminə- yeniyetmə və gənclərin sağlamlığı” mövzusunda tədbir keçirilib.

Tədbirdə məktəbin IX-XI sinif şagirdləri, Respublika Bilik fondunun könüllüləri, müəllimlər, Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin,Ucar Rayon Təhsil Şöbəsinin,Mərkəzi Rayon Xəstəxanasınin,Rayon Gənclər və İdman idarəsinin məsul şəxsləri iştirak ediblər.

“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndəsi və digər çıxış edənlər narkomaniyanın cəmiyyətdə törətdiyi fəsadlar və sağlam həyat tərzi üçün təhlükə mənbəyi olması barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Bildirilib ki,belə təhlükələrlə üzləşməməyimiz üçün bütün cəmiyyət bilməlidir ki,narkomaniya-qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın,mənəviyyatın,sevincin,səadətin,ən ülvi hisslərin,bir sözlə,insanlığın qənimidir. Sonda “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndəsi şagirdlərin suallarını cavablandırılıb.

 


Açar sözlər: