09.05.2016

“Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatçısı- İbrahimli Ləman 

   

Azərbaycan Respublikası Təhsil Nazirliyi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat”  müsabiqəsinini yekun mərhələsini keçirmişdir.

Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini gücləndirmək məqsədi daşıyan müsabiqənin yekun mərhələsində Ucar rayonundan şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi İbrahimli Ləman Əhliman qızı iştirak edərək Tərifnamə ilə təltif olunmuşdur.