28.12.2017

 “Debat dərs”  keçirilib

         Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı və Britaniya Şurasının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Cənubi Qafqaz neft boru kəməri keçən rayonların ingilis dili müəllimləri ilə keçirilmiş təlimlərin nəticəsi olaraq 14 oktyabr 2017-ci il tarixdən Ucar şəhər 2 nömrəli tam orta məktəbdə icma üzvlərinə pulsuz ingilis dili kursları keçirilir.Kurslar iki: məktəbyaşlı uşaqlar və böyükyaşlılar qrupundan ibarətdir.Məktəbyaşlı qrupda 22 nəfər,böyükyaşlı qrupda isə 21 nəfər iştirakçı inigis danışıq dilini  öyrənir.Təlimlər Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Rəna Qasımova və şəhər 2 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Rəsmiyyə Babayeva tərəfindən keçirilir.

     28 dekabr 2017-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində “Debat“dərs keçirilmişdir.Dərsdə kurs iştirakçıları tərəfindən keçilmiş mövzular ətrafında müzakirələr aparılmış,Yeni il mövzusunda dialoqlar şəklində davam etdirlimişdir.Maraqlı diskusiya şəraitində keçirilən dərsin sonunda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə videocarx nümayiş etdirlimşdir.