08.01.2018

“Xəmsə” Milli İntellektual oyunu üzrə Ucar rayon məktəbliləri arasında çempionat keçirilib

        “31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” nə həsr olunmuş “Xəmsə” Milli İntellektual oyunu üzrə Heydər Əliyev Mərkəzində Ucar rayon məktəbliləri arasında çempionat keçirilmişdir.
Çempionat iki mərhələ
: Zona seçim turları və Rayon finalı  üzrə keçirilmişdir.A zonası üzrə oyunlar Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbində, B zonası üzrə oyunlar Alpı kənd tam orta məktəbində, C zonası üzrə oyunlar Qazyan kənd 1 nömrəli tam orta məktəbində, D zonası üzrə oyunlar şəhər 4 nömrəli tam orta məktəbində keçirilmişdir.
        Yarımfinal və final mərhələsinə vəsiqə qazanmış 8 komanda Qafqaz (Qazıqumlaq kənd
2 nömrəli məktəb), Tusi (Məlikballı kənd tam orta məktəb), Aysberq (Pirkənd kənd tam orta məktəb), Dostluq (Quləbənd kənd tam orta məktəb), Zəka (Qazyan  kənd 3 nömrəli tam orta məktəb ), Lider (Lək kənd 2 nömrəlitam orta məktəb), Never give up (Şəhər 1 nömrəli məktəb-lisey), Spartak (Şəhər 4 nömrəlitam orta məktəb) komandaları arasında birincilik uğrunda gərgin mübarizə aparmışlar.

         Final oyununun yekun nəticəsinə əsasən Şəhər 1 nömrəli məktəb- liseyin “Never give up” komandası 1-ci yerə, Lək kənd 2 nömrəli tam orta məktəbin “Lider” komandası 2-ci yerə, Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin “Qafqaz” komandası 3-cü yerə, Şəhər 4 nömrəli tam orta məktəbin “Spartak” komandası 4-cü yerə layiq görülmüşlər. 
Qalib komandanın iştirakçılarına Kubok və Diplomlar  təqdim olunmuş,komandanın fəal üzvü Nəbi Abdullayev isə çempionatın “Ən yaxşı oyunçusu” seçilərək Fəxri Fərmanla təltif olunmuşdur.

 

 


Açar sözlər: ,  ,