15.01.2018

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib

         Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə”16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə uyğun olaraq,ötən illərdə keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin Azərbaycan və dünya ədəbiyyatının görkəmli  nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və  onların  mütaliəyə meyil və maraqlarının gücləndirilməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq bu tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.

        Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən  16 noyabr 2017-ci il tarixli  399 nömrəli əmr imzalanmışdır. Əmrin  icrası ilə əlaqədar  2017-ci ilin dekabr ayında Ucar rayonunun ümumtəhsil məktəblərində “Ədəbiyyat biliciləri“ müsabiqəsinin məktəb mərhələsi, 13 yanvar 2018-ci il tarixdə isə şəhər 4 nömrəli tam orta məktəbdə  rayon mərhələsi keçirilmişdir.Müsabiqədə rayonun  ümumtəhsil məktəblərindən  məktəb mərhələsinin qalibləri  olan 46 nəfər VIII-IX sinif  şagirdi iştirak etmişdir.