17.01.2018

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü qeyd edilib

          Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 yanvar 2018-ci il tarixli,10 nömrəli əmrinin icrası ilə əlaqədar Ucar rayonunun bütün ümumi və məktəbdənkənar təhsil müəssisələrində 20Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar geniş tədbirlər həyata keçirilir.O cümlədən 17 yanvar 2018-ci il tarixdə rayonun Lək kənd 2nömrəli tam orta məktəbində də faciə qurbanlarının əziz xatirəsi yad edilmişdir.         

        Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşı,məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir. Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş 20 Yanvar şəhidlərinin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.Qanlı faciənin müəyyən məqamlarını əks etdirən videoçarx nümayiş etdirilmiş və hal–hazırda düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə geri qaytarılacağına,həmin ərazilərdə yenidən Azərbaycanın bayrağının dalğalanacağına əminlik ifadə olunmuşdur.


Açar sözlər: ,  ,