18.01.2018

Faciə qurbanlarının xatirəsi  yad edilib

        18 yanvar 2018-ci il tarixdə Ucar rayonunun Qazıqumlaq kənd 1 və şəhər 5 nömrəli tam orta məktəblərində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar “Ağla qərənfil , ağla” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə şəhər 5 nömrəli tam orta məktəbin direktoru Hakim Nəcəfov,Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbin direktoru Rəhim Rəhimov 1990-ci ilin 19-20 yanvar tarixlərində baş verən qanlı faciə,bu faciənin səbəbkarları və onu doğuran səbəblər haqqında məktəblilərə geniş məlumat vermişlər.Sonra məktəblilər Azərbaycanının azadlığı və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş şeir və mahnılar ifa etmiş,videoçarx nümayiş etdirilmşdir. 


Açar sözlər: ,  ,