19.01.2018

"Qəhrəmanlıq salnaməsi"adlı ümumrayon tədbiri keçirilib

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Ucar rayonunun ümumi və məktəbdənkənar təhsil müəssisələrində tədbirlər davam etdirilir.19 yanvar 2018-ci il tarixdə Ucar rayonu Heydər Əliyev Mərkəzində şəhər 6 nömrəli tam orta məktəbinin hazırladığı “Qəhrəmanlıq salnaməsi”adlı ümumrayon tədbiri nümayiş etdirilmişdir.Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Şəhla Abdullayeva, Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov,idarə və təşkilat rəhbərləri,müəllim və şagirdlər,rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişlər.

Tədbirdə müstəqil Azərbaycanın azadlığı uğrunda həlak olmuş 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,həmin hadisələrdən28 il ötsə də,xalqımızın o müdhiş gecəni heç vaxt unutmayacağı, şəhidlərimizin əziz xatirəsini hər zaman qəlbində yaşadacağı və ehtiramla yad edəcəyi qeyd olunmuş,faciədən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək,cinayətkarların əməlinə siyasi-hüquqi qiymət verilməsini tələb etdiyi xüsusi vurğulanmışdır.Tədbir şəhər 6 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.