22.01.2018

“Məktəb Kiçik Akademiyası”nın növbəti təqdimatı   

        18 yanvar 2018-ci il tarixdə Ucar şəhər 4 nömrəli tam orta məktəbdə“Məktəb Kiçik Akademiyası” üzvlərinin elmi işlərinin təqdimatı keçirilmişdir.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər,IX-X sinif şagirdləri və şəhər 2 nömrəli tam orta məktəbin “ Məktəb Kiçik Akademiyası"nın rəhbəri  Fatma Abbasova iştirak etmişdir. Akademiyanın üzvləri: Xa sinif şagirdi İsayeva Arzu və Əhmədova Aynur”Dəridə ləkələrin əmələgəlmə səbəbləri”,Xb sinif şagirdi Ədilova Rövşanə“7-yə bölünmə əlaməti”,Xb sinif şagirdi Gülüşova Səbinə“Azərbaycanın iqlim qurşaqları”,Xa sinif şagirdləri Əliyeva Nəzrin və Məmmədov İslam“Dağ çayı bitkisinin faydaları”,IXb sinif şagirdi Mehdiyev Əşrəf “Fil xəstəliyi”,Xb sinif şagirdi Bayramov Musa"Türk dövlətləri”,IXa sinif şagirdi  Məmmədova Türkan“Azərbaycanda əhali artımı”,IXb sinif şagirdləri Məmmədova Aytac, Babayeva Firuzə“Qızıl kəsik anlayışı”,Xa sinif şagirdi İbrahimova İlahə “Hidrogen”,IXb sinif şagirdi  Əliyarov Əjdər “Bərgüşad kəndi”,IXb sinif şagirdi Kərimova Xədicə“Məlikballı kəndi” mövzularında elmi işlərini təqdim etmişlər.

 


Açar sözlər: ,  ,