24.01.2018

Qrant müsabiqəsinin yekun hesabatı

           2017-ci il oktyabrın 16-da “Təhsildə inkişaf və innovasiyalar “üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş Ucar rayon A.Abdullayev adına Alpı kənd tam orta məktəbində “Kurikulumlar üzrə müəllimlərin bilik və bacarıqlarının artırılması” layihəsinin icrasına başlanılmışdır.Layihənin rəhbəri Alpı kənd tam orta məktəbinin direktoru Rauf Məmmədov rayon üzrə nəzərdə tutulan zona-məktəblərdə təlimlər təşkil etmişdir.Qeyd olunduğu kimi,layihənin əsas məqsədi Ucar rayonunun ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərə pedoqoji dəstək göstərmək,kurikulum istiqamətində bilik və bacarıqlarının artırılmasına,müəllimlərin Diaqnostik Qiymətləndirilməsində zəif nəticə göstərənlərə nəticələrini yüksəltməyə,eyni zamanda məktəblərdə praktik şəkildə açıq dərslərin keçirilməsində köməklik göstərmək, məktəblər və müəllimlər arasında qarşılıqlı əlaqələrin qurulmasına nail olmaqdır.Həmçinin hər bir məktəbin kurikulum istiqamətində kollektivinə dəstək ola biləcək mentorlarları ortaya çıxarılması da  layihənin əsas məqsədlərindən biri olmuşdur.

        Layihə üzrə ümumilikdə 3 istiqamətdə:ibtidai sinif müəllimləri,GÇH fənn müəllimləri və MİQ-dən keçərək yeni pedoqoji fəaliyyətə başlayan müəllimlər olmaqla,təlimlərə cəlb olunmuşlar.İlk olaraq 16-22 oktyabr 2017-ci il tarixlərində Ucar rayon A.Abdullayev adına Alpı kənd tam orta məktəbində TOT(Təlimçi Olmaq Təlimi) təlimi təşkil olunmuşdur.Təlimə 5 məktəbdən 12 müəllim cəlb olunmuşdur.Bir həftə davam edən təlimin sonunda 3 iştirakçı layihəyə təlimçi kimi seçilmişdir.

     Təlimlər rayon üzrə 4 zonada təşkil olunmuş,08 dekabr 2017-ci il tarixdə başa çatmışdır.Şəhər 3 nömrəli,Qazyan kənd1,Qazıqumlaq kənd 2,Alpı kənd tam orta məktəblərində təşkil edilən təlimlərdə 90 nəfər müəllimin iştirakının nəzərdə tutulmasına baxmayaraq,149 nəfər müəllim təlim kursundan keçmiş və onlara Sertifikatlar verilmişdir.Təlimlərin keçirilməsində yaxından göstərdiyi dəstəyə  görə Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilova,layihənin rəhbəri və təşkilatçısı Rauf Məmmədova rayonumuzun pedaqoji kollektivləri adından dərin təşəkkürümüzü bildirir,təhsilimizin inkişafı naminə səmərəli fəaliyyətlərində uğurlar arzulayırıq.