30.01.2018

Ucar Rayon Təhsil Şöbəsində növbəti Şura iclası keçirilib

        

30 yanvar 2018-ci il tarixdə Ucar Rayon Təhsil Şöbəsində  rayonun ümumtəhsil məktəb rəhbərlərinin iştirakı ilə növbəti Şura iclası keçirilib.

Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilovun sədrliyi ilə keçirilən iclasda“Keyfiyyət ili”çərçivəsində görülmüş işlər müzakirə edilmiş,məktəblərdə I yarımilin yekunu,həmçinin ibtidai və buraxılış siniflərində şagirdlərin oxu,yazı və riyazi bacarıqlarının vəziyyətinin monitorinqi ilə bağlı arayışlar dinlənilmiş,nəticələr müzakirə və təhlil olunmuş,nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmiş,qarşıda duran vəzifələr müəyyənləşdirlimişdir. 

 


Açar sözlər: ,