01.02.2018

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçiriləcək

      01fevral 2018-ci il tarixdə Ucar şəhər 1 nömrəli məktəb-liseydə Rayon Təhsil Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə Respublika fənn olimpiadasının rayon mərhələsində iştirak edəcək nəzarətçi müəllimlərlə seminar keçirilmişdir. 

        Qeyd edək ki,04 fevral 2018-ci il tarixdə ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçiriləcək.Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,şagirdlərdə fənlərə olan marağın artırılması,onların bilik və bacarıqlarının nümayiş etdirmələrinə yardım etməkdir.Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı,tarix fənləri olmaqla,8 fənn üzrə keçiriləcək.Bu mərhələdə Ucar rayonu üzrə 548 nəfər şagirdin iştirakı nəzərdə tutulub.Bu məqsədlə Təhsil Şöbəsi tərəfindən"Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları"na əsasən yerli Təşkilat komitəsi yaradılıb.Olimpiadanın rayon mərhələsi 04  fevral 2018-ci il tarixdə  saat 10:00-da Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin binasında  keçiriləcək .

        


Açar sözlər: ,  ,