05.02.2018

Ucar rayonu üzrə Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

    04 fevral 2018-ci il tarixdə ölkənin bütün şəhər və rayonlarında,o cümlədən Ucar rayonu üzrə Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilmişdir.

    Riyaziyyat,fizika,kimya,biologiya,informatika,coğrafiya,Azərbaycan dili və ədəbiyyatı,tarix fənləri üzrə keçirilən bu mərhələdə Ucar rayonunun ümumtəhsil məktəblərindən 500 nəfər şagird iştirak etmişdir.Olimpiada tam şəffaf şəraitdə keçirilmiş,heç bir neqativ hal qeydə alınmamışdır.

 


Açar sözlər: ,