14.02.2018

Məktəblilərlə görüş keçirilib  

        14 fevral 2018-ci il tarixdə Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseydə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup nümayəndələri:Polkovnik-leytenant Azər Əliyev, mayor Vüqar İsmayılov, leytenant Möhbalıyev Mahmud  rayonun ümumtəhsil məktəblərinin rəhbərləri,hərbi rəhbərlər və bir qrup yuxarı sinif şagirdlərinin iştirakı ilə görüş keçirmişlər.Görüşün məqsədi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Ali Hərbi Məktəbinə və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsinə 2018-ci ildə qəbul şərtlərinin çatdırılması,hərbi məktəblərə qəbul üçün təbliğat və maarifləndirmə tədbirlərinin aparılmasından ibarət olmuşdur.  


Açar sözlər: ,  ,