20.02.2018

Rus dili və ədəbiyyatı Olimpiadasına seçim turu keçirilib

Rusya Federasiyası Müstəqil Dövlətlər Birliyi,Xarisdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (Rosstrudniçhestvo)Azərbaycan nümayəndəliyi 2018-ci ilin yanvar-may aylarında Bakı şəhərində,habelə bölgələrdə ümumtəhsil məktəblərinin 7-8-ci sinif şagirdləri arasında X Respublika rus dili və ədəbiyyatı Olimpiadasını keçirməyi planlaşdırır. Bununla əlaqədar olaraq,16 fevral 2018-ci il tarixdə Ucar şəhər 4 nömrəli tam orta məktəbdə Şirvan şəhərində keçiriləcək Olimpiadanın zona mərhələsində iştirak edəcək şagirdlərin seçim mərhələsi keçrilib.Seçim mərhələsində şagirdlərin yazı və nitq bacarıqları yoxlanılıb.

Olimpiadanın zona mərhələsində rayonumuzun ümumtəhsil məktəblərindən 16 nəfər şagirdin iştirak etməsi nəzərdə tutulur.