07 aprel 2018-ci il tarixdə Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək. Ucar ,Ağdaş,Zərdab ,Göyçay,Kürdəmir,Ağcabədi rayonlarının ümumtəhsil məktəblərindən rayon mərhələlərinin qaliblərinin qatıldığı bu turun Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulub. Həmin turda Ucar rayonunun ümumtəhsil məktəblərindən 53 nəfər şagird iştirak edəcək .