17.10.2018

Toplantı keçirilib  

    Rayonun ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi,fiziki tərbiyə fənninin təkmilləşdirilməsi,şahmat,atletika,voleybol,basketbol idman növləri üzrə məktəblər arasında çempionatın keçirilməsi ilə əlaqədar şəhər 3 nömrəli tam orta məktəbin akt zalında tədbir keçirilib.Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşı Etibar Məmmədov,Gənclər və İdman İdarəsinin nümayəndələri Zaur Abdullayev, Nuru Piriyev və ümumtəhsil məktəblərin fiziki tərbiyə müəllimləri iştirak edib.Toplantıda qeyd olunan idman növləri üzrə yarışın əsasnaməsinin tələblərinə uyğun səviyyədə təşkili və keçirilməsi müzakirə olunub.


Açar sözlər: