10.10.2018

Müsabiqə davam edir

    10 oktyabr 2018-ci il tarixdə Ucar rayon Qazıqumlaq kənd 2 № li tam orta məktəbində Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar" üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş "Müstəqilliyimiz əbədidir" məktəblilər arasında intelektual müsabiqənin II mərhələsi keçirilib.Tədbirdə məktəb direktorları,müəllimlər və valideynlər iştirak ediblər.Layihənin rəhbəri Əhmədova Natella layihə haqqında məlumat verərək bildirib ki, müsabiqə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunub və əsas məqsəd şagirdlərə Azərbaycan Xalq Cumhuriyyətinin tarixini daha dərindən öyrətmək,eyni zamanda vətənpərvərlik hissinin aşılanması və inkişafı,intellektual səviyyəni yüksəldilməsi ,məktəblər və şagirdlər arasında sıx əlaqənin qurulmasından ibarət olub.Müsabiqənin bu mərhələsində 10 məktəb komandası iştirak edib.Sonda 2 komanda: Qazıqumlaq kənd 2 № li tam orta məktəb və Şahlıq kənd tam orta məktəbi yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıblar. Növbəti III zona mərhələsi Qazyan kənd 1 № li tam orta məktəbdə 12 məktəbin iştirakı ilə keçiriləcək.Layihə müddətində ümumilikdə rayonun bütün məktəblərinin müsabiqəyə qoşulması ilə 300 nəfərdən çox məktəblinin iştirakı nəzərdə tutulub.


Açar sözlər: