12.10.2018

Yarışın III zona mərhələsi keçirilib

    Oktyabrın 12-də “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Ucar rayon A.Abdullayev adına Alpı kənd tam orta məktəbin müəllimi Əhmədova Natellanın ““Müstəqilliyimiz əbədidir” məktəblilər arasında intelektual müsabiqə” adlı layihəsi çərçivəsində III zona mərhələsi keçirilib.Ucar rayon Qazyan kənd 1№ li tam orta məktəbində baş tutan növbəti yarış günündə məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər.Müsabiqənin bu mərhələsində 10 məktəb komandası iştirak edib.Sonda 2 komanda: Qazyan kənd 3№ li tam orta məktəb və Bərgüşad kənd 2№ li tam orta məktəbi yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıblar.Hər iki komandanı təbrik edir, final mərhələsində uğurlar arzulayırıq.

 


Açar sözlər: