04.02.2019

Fənn olimpiadasının rayon mərhələsi keçirilib

    Azərbaycan Respublikası təhsil nazirinin 12.12.2014-cu il tarixli,1256 nömrəli əmri ilə təsdiq edilmiş ”Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi  Qaydaları”na əsasən, Respublika fənn olimpiadalarının təşkili məqsədi ilə Təhsil Nazirliyinin 25.01.2019-cu il tarixli,F-45 nömrəli əmrin icrası  məqsədilə Respublikanın bütün ümumtəhsil nəktəblərində olduğu kimi,Ucar rayonununda da ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında fənn olimpiadasının rayon mərhələsi keçirilib. 03 fevral 2019-cu il tarixdə,şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən Olimpiadada 342 (üç yüz qırx iki) nəfər IX-XI sinif şagirdi iştirak edib.Olimpiadanın  təşkili və keçirilməsinə nəzarət Təhsil Nazirliyinin nümayəndəsi,təhsil mütəxəssisi Səbinə Əhmədova,Ucar Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları tərəfindən tam şəffaf şəraitdə həyata keçirilmiş,heç bir neqativ hal qeydə alınmamışdır


Açar sözlər: