08.02.2019

Milli Qəhrəmanımızın  xatirəsi yad edilib

    07-08 fevral 2019-cu il tarixlərdə Ucar rayonunun ümumtəhsil məktəblərində,o cümlədən Ənvər Məmmədxanlı (Yuxarı Çiyni ) ümumi orta,şəhər 6 nömrəli tam orta məktəblərində Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə tədbirlər keçirilib.Tədbirdə rayonun idarə və müəssisələrindən nümayəndələr iştirak ediblər. Tədbirdə qəhərmanımızın şərəfli ömür yolundan danışılıb,şagirdlərin ifasında qəhrəmanlıq,vətənpərvərlik ruhunda şeirlər,mahnılar səsləndirilib.Videoçarx nümayiş olunub.


Açar sözlər: