19.02.2019

Tədbir keçirilib

    Fevralın 19-da Azərbaycan Respublikası təhsil nazirinin 15.01.2019-cu il tarixli,F-18 nömrəli əmri ilə təsdiq edilmiş “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi” ilə bağlı Tədbirlər planının icrası ilə əlaqədar Ucar şəhər 5 nömrəli tam orta məktəbində mühazirələr təşkil edilib.Məktəbin rəhbərliyi,müəllim kollektivi və yuxarı sinif şagirdlərinin iştiraki ilə keçirilən tədbirdə tarix müəllimlərindən Sevinc Məlikova ”Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi”,Ölkəmizdə sosial-iqtisadi,o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri” və Əliyeva  Zeynəb “Azərbaycanın təşəbbüsü və iştirakı ilə beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsi”,”Ölkə vətəndaşlarının maddi rifah və sosial vəziyyətinin yüksəldilməsi, “Məcburi köçkün və qaçqınların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində  görülən işlər” mövzusunda məruzələrlə çıxış ediblər.Çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb,şagirdlərin sualları cavablandırılıb. Videoçarx nümayiş etdirilib.


Açar sözlər: