26.02.2019

Xocalı faciəsi ilə əlaqədar tədbirlər keçirilib

    Fevralın 26-da Ucar rayonunun bütün təhsil müəssisələrində, o cümlədən şəhər 2,5 nömrəli,Lək kənd 2 nömrəli,Əlikənd kənd tam orta,Yuxarı Çiyni kənd ümumi orta məktəblərində tarixə qanla yazılmış faciə,misli görünməmiş genosid kimi düşən Xocalı faciəsinin ildönümü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilib. Faciənin iyirmi yeddinci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərində ilk dərs  saatları Xocalı faciəsinə həsr edilib. Qarabağ veteranları,əlillərin iştirakı ilə keçirilən tədbirlərdə məktəblilərə faciə haqqında geniş məlumatlar verilib,həmin dövrü əks etdirən sənədli və bədii filmlər nümayiş etdirilib.Həmçinin şagirdlərin faciəyə həsr olunmuş rəsm işlərindən ibarət sərgi təşkil edilib.


Açar sözlər: