28.02.2019

Narkomaniyaya “Yox”deyək

    Ucar  şəhər  5 nömrəli  tam  orta  məktəbdə  28 fevral  2019-cu  il  tarixdə “Narkomaniyaya “Yox”deyək”adı altında tədbir  keçirilib.Tədbirdə  məktəbin  yuxarı  sinif  şagirdləri  və məktəb “Məktəb Kiçik  Akademiyası“nın  üzvləri  iştirak  ediblər.“Məktəb  Kiçik  Akademiyası”nın vitse-prezidenti XI  sinif  şagirdi  İmanov  Ruslan “Narkomanlıq  və  narkotik  vasitələrə  yox”  mövzusunda  çıxış  edərək onun törətdiyi fəsadlar haqqında məlumat verib.Daha  sonra  məktəbin  direktoru  Hakim  Nəcəfov  mövzu  ilə  bağlı  çıxışında  bildirib ki,cəmiyyətimizin  hər  bir  üzvü,  hər  bir  gənci  narkomaniyaya  qarşı  ciddi  mübarizə  aparmalıdır,çünki  narkomaniya  və  narkobiznes  ilə  mübarizə  hər  bir  ölkənin, xalqın,millətin fiziki və  şüurlu sağlamlığı uğrunda aparılan mübarizədir.

 

 

 


Açar sözlər: