11.03.2019

"Azərbaycan dili və nitq mədəniyyət” mövzusunda dəyirmi masa keçirilib

    11.03.2019-cu il tarixdə Ucar şəhər 2 nömrəli tam orta məktəbində "Azərbaycan dili və nitq mədəniyyət mövzusunda dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada mövzu haqqında məktəbin dil-ədəbiyyat müəllimi Zahidə Məmmədova məlumat vermişdir. Tədbirdə e.ə VII-IV əsrlərdə yaranmış olan yunan natiqlik məktəbi və onun görkəmli nümayəndələri Aristotel, Demosfen, Esxil haqqında şagirdlərə geniş məlumatlar verilmiş və müasir dövrdə nitq mədəniyyətinin inkişafında böyük rolu olan şəxsiyyətlər haqqında fikirlər söylənilmişdir.


Açar sözlər: