12.03.2019

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin  29 yanvar 2019-cu il tarixli,F-53 nömrəli  əmrinin icrasını təmin etmək məqsədilə martın 12-də Ucar rayonunun ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında müstəqil Azərbaycan dövlətinin qurucusu, qüdrətli dövlət xadimi və dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib. Ümummilli lider Heydər Əliyevin   zəngin siyasi irsi, şərəfli həyat yolu  və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi işini  gücləndirmək məqsədi ilə keçirilən bu müsabiqədə  məktəb mərhələsinin qalibləri iştirak ediblər.İştirakçıların təqdimatları  müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib.


Açar sözlər: