15.03.2019

XI Rus dili və ədəbiyyatı  olimpiadasına seçim tur keçirilib

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasının Müstəqil Dövlətlər Birliyi,Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq  üzrə Federal Agentliyin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan sayca XI Rus dili və ədəbiyyatı üzrə olmaqla olimpiada 12 yanvar 2019-cu il tarixdən ölkəmizdə keçirilməkdədir.11aprel 2019-cu il tarixdə Göyçay şəhərində keçiriləcək olimpiadanın  zona mərhələsində iştirak edəcək şagirdlərin15 mart 2019-cu il tarixdə Ucar şəhər 3 nömrəli tam orta məktəbdə seçimi təşkil olunub.Həmin mərhələdə rayonun ümumtəhsil məktəblərindən 42 (qırx iki)nəfər şagird iştirak edib.İştirakçılara 15-20 sualdan ibarət,2 variantda olmaqla test tapşırıqları verilib.


Açar sözlər: