19.03.2019

Novruz şənlikləri keçirilib

    Martın 18 və19-da Ucar rayonunun bütün ümumtəhsil məktəblərində Novruz bayramı münasibətilə tədbirlər keçirilib.Tədbirlərdə xalqımızın qədim adət-ənənələrini,milli-mənəvi dünyagörüşünü  əks etdirən  kompozisiyalar nümayiş etdirilib.Kosa və Keçəlin duzlu-məzəli söhbətləri şənlik iştirakçılarna xoş ovqat bəxş edib.Bahar qızının simasında bütün Azərbaycan xalqına sülh və əmin-amanlıq,ruzi,bərəkət arzulanıb.Tədbirlərin hər birində növbəti  ildə Novruz şənliklərinin qədim və əzəli yurd yerimiz olan Qarabağımızda keçirilməsi ,bayram tonqallarının  həmin torpaqlarımızda da alovlandırılması arzusu ifadə olunub.


Açar sözlər: