09.04.2019

Kitab müzakirəsi keçirilib

    Aprelin 9-da  Ucar şəhər 5 № -li tam orta məktəbində “Ümumdünya Kitab  və Müəlliflik Hüququ günü “ ilə əlaqədar kitab müzakirəsi keçirilib. Tədbirə  məktəbin kitabsevərləri cəlb edilərək Azərbaycan və dünya ədəbiyyatından seçmə bədii nümunələrin müzakirəsi təşkil edilib.Müzakirədə  şagirdlər oxuduqları əsərlər haqqında məlumatlar vermiş və hadisələr müasir həyatla əlaqələndirilmiş,fərqli fikirlər və mülahizələr səsləndirilmşdir.Bu mövzuda məktəbdə silsilə tədbirlərin  davam etdirilməsi nəzərdə tutulmuşdur.


Açar sözlər: