11.04.2019

 Məktəblilərin Respublika Yaradıcılıq Festivalının zona mərhələsinin qalibləri 

    Məktəblilərin yeni növ texnologiyalardan istifadə edərək təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması,onlara gələcəyin ixtisas və peşə seçimi imkanlarını təmin edən müvafiq bacarıqların verilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil,Ekologiya  və Təbii Sərvətlər və Mədəniyyət Nazirlikləri tərəfindən  Respublika məktəblilərinin Yaradıcılıq Festivalının keçirilir.Festivalın ilkin mərhələsində iştirak etmək üçün Ucar rayonunun 26 ümumtəhsil məktəbindən dram nominasiyası üzrə  10 videoçarx  təqdim edilmişdir.Qeyd edək ki,həmin videoçarxlardan rayonun Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbinin şagirdlərinin yaradıcılıq işi Aran zonası üzrə II yerə layiq görülərək  finala vəsiqə qazanıb.Qaliblərimizi təbrik edir,yeni-yeni uğurlar arzulayırıq.


Açar sözlər: