15.04.2019

“Yaşa,yaşa Azərbaycan” adlı tədbir keçirilib.

    Aprelin 12-də Ucar şəhər 2 nömrəli tam orta məktəbdə 1-6 Aprel döyüşlərinin ildönümünə  həsr edilmiş “Yaşa,yaşa Azərbaycan” adlı tədbir keçirilib. Məktəbin tarix müəllimi Rəna Hüseynovanın  təşkilatçılığı ilə hazırlanan tədbirdə Rayon Təhsil Şöbəsi, “Ziyalı” qəzeti,Rayon Gənclər və İdman İdarəsindən nümayəndələr, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Məktəblilərin ifasında nümayiş etdirilən hərbi-vətənpərvərlik mövzusunda şeirlər,mahnılar və ədəbi-bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Düşmənə nifrət  və  qələbəyə  inam motivləri ilə yekunlaşan tədbiri məktəbin “Şahinlər” komandası yekunlaşdırıblar.Onlar “Əsgər marşı”nın sədaları altında səhnəyə daxil olaraq  Azərbaycan bayrağını öpərək  gələcəkdə igid bir əsgər kimi işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edəcəklərinə and içiblər.


Açar sözlər: