15.04.2019

Oxu günü ilə əlaqədar tədbir keçirilib

    Ucar şəhər 2 nömrəli tam orta məktəbdə 15 aprel 2019-cu il tarixdə "23 Aprel- Oxu günü” ilə əlaqədar Cəlil Məmmədquluzadənin "Poçt qutusu" əsərinin oxusu və müzakirəsi təşkil edilib. Məktəbin Azərbaycan dili və ədəbiyyatı  müəllimi Səidə Rəsulova və məktəb kitabxanasının müdiri Günel Həmidova və Yaqut Tağıyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə  məktəbin 7-8 ci sinif şagirdləri iştirak ediblər.Tədbirdə  hekayədən müəyyən  hissələr oxunub, surətlər haqqında fikirlər yürüdülüb,maraqlı mülahizələr söylənilib.Sonda  şagirdlərin  hekayəyə aid çəkdikləri  ilüstrasiyalar  və digər rəsm işlərindən ibarət  sərgi də nümayiş etdirilib.

 


Açar sözlər: