16.04.2019

Tədbir keçirilib

    Aprelin 16-da Ucar şəhər 5 nömrəli tam orta məktəbdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar  şairin həyat və yaradıcılıgına həsr olunmuş “Poeziya günü” keçirilib.Məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən tədbirdə şairin həyatı və yaradıcılığına aid  şeirlər söylənilib,ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.”Nəsimi ili”ilə əlaqədar il ərzində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 


Açar sözlər: