19.04.2019

 “Ümumdünya Kitab və Müəlliflik Hüququ”ilə əlaqədar tədbir keçirilib

    Ucar rayonunun ümumtəhsil məktəblərində “Ümumdünya Kitab və Müəlliflik Hüququ”ilə əlaqədar tədbirlərin keçirilməsi davam etdirilir.Aprelin 18-də Ucar şəhər 5 nömrəli tam orta məktəbində  mövzu ilə bağlı tədbir keçirilib.Tədbirdə məktəbin şagirdləri, müəllimləri və rayonun tanınmış ziyalısı ,şair Vadil Ümid də iştirak edib. Məktəbin şagirdlərindən  bir çoxunun yazdığı şeirləri və hekayələri dinlənilib. Şair Vadil Ümid bədii yaradıcılıqla məşğul olan şagirdlərə öz tövsiyələrini verdikdən sonra,yaradıcılığı haqqqında məlumat verib və şeirlərindən oxuyub .


Açar sözlər: