24.04.2019

İclas keçirilib

    Aprelin 23-də Ucar Rayon Təhsil Şöbəsində  rayonun ümumtəhsil məktəblərində sağlam mənəvi-psixoloji təhlükəsiz mühitin yaradılması mövzusunda iclas keçirilib.İclasda məktəb rəhbərləri,UBTR və məktəb praktik psixoloqları iştirak ediblər.Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov iclasda çıxış edərək son dövrlərdə Respublikamızın bəzi ümumtəhsil məktəblərində baş vermiş hadisələrlə bağlı geniş məlumat vermiş və məktəblərdə sağlam psixoloji təhlükəsiz mühitin yaradılmasının vacibliyini bir daha iştirakçıların nəzərinə çatdırmışdır.İclasın sonunda Təhsil Şöbəsində tərtib edilmiş tövsiyələrdən ibarət yaddaş vərəqi  məktəb rəhbərlərinə paylanaraq daim diqqət mərkəzində saxlanması bir daha vurğulanıb.


Açar sözlər: