23.04.2019

"Təhlükəsiz yola çıxaq " mövzusunda tədbir keçirilib.

    Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 yanvar 2019-cu il tarixli F-51 nömrəli və Ucar RTŞ-nin 20 fevral 2019-cu il tarixli 126/1 №-li məktubu və Tədbirlər Planına uyğun olaraq 19 aprel 2019-cu il tarixdə Ucar şəhər 2 nömrəli tam orta məktəbdə "Təhlükəsiz yola çıxaq " mövzusunda tədbir keçirilib. Tədbiri məktəbin ibtidai sinif müəllimi Sultanova Dürnisə Telman qızı təşkil etmişdir. Tədbirdə IIIa sinif şagirdlərinin ifasında yol hərəkəti qaydalarına həsr edilmiş maraqlı səhnəciklər,musiqi nömrələri və viktorina tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.Tədbirin sonunda RTŞ-nin əməkdaşları Y.Süleymanova, S.Babayeva , Ucar DYP-nın baş inspektoru S.Tağıyev , Ucar rayon İH - nın əməkdaşı R.Eldarbəyli və digər qonaqlar tədbir haqqında öz fikirlərini bildiriblər.Sonda qonaqlar və iştirakçılar xatirə şəkilləri çəkdiriblər.


Açar sözlər: