24.04.2019

“Oxu Günü” ilə bağlı tədbir keçirilib.

    Aprelin 23-də Ucar şəhər 1 nömrəli texniki və humanitar təmayüllü məktəb-liseydə “Oxu Günü” ilə bağlı tədbir keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Şəhla Abdullayeva, Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov, şöbənin digər əməkdaşları, məktəb direktorları,rayon mərkəzi kitabxanasının müdiri və digər şəxslər iştirak ediblər.“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəlib.Tədbirdə rayonun ümumtəhsil məktəb şagirdlərinin ifasında şeirlər,kompozisiyalar nümayiş etdirilib.Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisində nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdirib.

Açar sözlər: