25.04.2019

“Gənc xilasedici və yanğınsöndürən”lər

    Aprelin 25-də  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Yevlax şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Yevlax rayonunda “Gənc xilasedici və yanğınsöndürən”VIII Ümumrespublika yarışının zona mərhələsi keçirilib. Respublikamızın10 rayonundan müxtəlif komandaların qatıldığı bu yarışda Ucar rayonunun Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbinin komandası I yerə layiq görülərək Qəbələ şəhərində  keçiriləcək  Respublika birinciliyinə vəsiqə qazanıb. Qaliblərimizi təbrik edir,yeni-yeni uğurlar arzulayırıq.


Açar sözlər: