26.04.2019

Yol hərəkətinin təhlükəsizliyinə dair tədbir keçirilib

       Aprelin 26-da Ucar şəhər 5 nömrəli tam orta məktəbdə “Azərbaycan Respublikasında Yol hərəkətinin təhlükəsizliyinə dair  2019-2023-cü illər üçün Dövlət proqramı”nın həyata keçirilməsi  üzrə Tədbirlər Planının icrası ilə əlaqədar tədbir keçirilib.Tədbirdə məktəbin  müəllim və şagirdləri, valideynlər,Ucar RPS-nin Dövlər Yol Polis bölməsinin baş inspektoru Seymur Tağıyev iştirak ediblər.Maarifləndirici xarakter daşıyan tədbirdə yol hərəkəti qaydaları ilə bağlı  Ucar Rayon Polis Şöbəsinin nümayəndəsi Seymur Tağıyev  geniş məlıumat verdikdən sonra ,mövzu ətrafında şagirdlərin çıxışları dinlənilb və suallar cavabandırılıb. Yol hərəkəti qaydalarına aid videoçarx nümayiş etdirilib.


Açar sözlər: