29.04.2019

Pedaqoji mühazirələr”in rayon mərhələsi keçirilib

    Azərbaycan Respublikası təhsil  nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu  dərs ilinin prioritet  fəaliyyət istiqamətləri” barədə  14 avqust 2018-ci il tarixli,F-550 nömrəli  əmrinin 5-ci bəndinə əsasən , ümumi təhsil sahəsində  keyfiyyət göstəricilərinin yaxşılaşdırılması  ilə bağlı  aktual  məsələlərə diqqət ayırmaq, təhsil işçilərinin bu barədə rəy və  mülahizələrini öyrənmək,yaradıcı  müəllim  və məktəb rəhbərlərini aşkara çıxarmaq ,qabaqcıl  təcrübə nümunələrini  təbliğ etmək və perspektiv  üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə Respublika Təhsil Nazirliyinin 25 fevral 2019-cu il tarixli,F-98 nömrəli əmrinin icrası ilə əlaqədar aprelin 25 və 27-də Ucar Rayon Təhsil Şöbəsində “Pedaqoji mühazirələr”in rayon mərhələsi  keçirilib.Bu mərhələdə rayonun ümumtəhsil məktəblərindən 23 (iyirmi üç ) nəfər müəllim və rəhbər işçinin mühazirələri dinlənilib və müzakirə edilib. Nəticələrə əsasən iki nəfər:şəhər 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəlalə Həsənova və Təzə Şilyan kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aynur İbrahimovanın “Pedaqoji mühazirələr”in ölkə mərhələsində iştrak etmək üçün namizədliyi  irəli sürülüb.

 


Açar sözlər: