08.05.2019

Sərgi keçirilib

    Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2019-cu il üçün təsdiq olunmuş İş Planı əsasında Ucar Rayon Təhsil Şöbəsinin Tədbirlər Planı hazırlanmışdır.Tədbirlər Planına əsasən mayın 7-də Ucar şəhər 1 nömrəli məktəb-liseydə rayonun ümümtəhsil məktəblərinin şagirdlərinin rəsm işlərindən ibarət  “Narkomanlıq cəmiyyətin bəlasıdır” mövzusunda sərgi keçirilib.Sərgidə Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov, məktəb rəhbərləri,müəllim və şagirdlər iştirak ediblər.Sərgidə yetişən gənc nəslin zərərli vərdişlər,narkotik vasitələrin sağlamlığa və insan mənəviyyatına zərərli təsiri haqqında məlumatlılıq səviyyəsi və onların uşaq düşüncəsində təzahürünü əks etdirən rəsmlər nümayiş etdirilib.

 


Açar sözlər: