08.05.2019

Bilik yarışı keçirilib

    Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı Təhsil Nazirliyinin 28.01.2018-ci il tarixli, F-51 nömrəli əmrinə uyğun olaraq Ucar rayonunun ümumtəhsil məktəblərində tədbirlər davam etdirilir.Rayonun magistral yol kənarında yerləşən 12 ümumtəhsil məktəbinin 4-cu sinif şagirdləri arasında  “Təhlükəsiz yola çıxaq” adlı bilik yarışı keçirilib.Mayın 7-də Ucar şəhər 3 nömrəli tam orta məktəbin idman zalında baş tutan yarış 3 mərhələdə keçirilib. Nəticələrə əsasən,  şəhər 1 nömrəli-məktəb liseyin  komandası  I yerə, şəhər 3 nömrəli tam orta məktəbin komandası II yerə, 4 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.Qalib komandalar Rayon Təhsil Şöbəsinin diplomu ilə mükafatlandırılıblar.

 

 


Açar sözlər: